Toyuğun hansı hissəsinin zərərli olduğu açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik” radiosuna açqlamasında dietoloq və qastroenteroloq Natalya Siçeva danışıb.
Həkim yemək bişirərkən toyuq dərisindən istifadə etməməyə çağırıb. Onun sözlərinə görə, dərinin tərkibində çox miqdarda doymuş yağ var. O, sinə ətini toyuğun ən faydalı hissəsi adlandırıb.
Mütəxəssis bu növ əti axşam yeməyində yeməyi məsləhət görür:
“Qırmızı ət isə naharda yeyilməlidir”.
Bundan əlavə, dietoloq toyuq ətini buxarda bişirməyi məsləhət görüb. Eyni zamanda, hər gün toyuq yemək lazım deyil, onu balıq və digər ət növləri ilə əvəz etmək daha yaxşıdır./Cebheinfo.az