Tramp 7 saat ərzində Twitter-də 25 milyon izləyici topladı – FOTObackend

Tramp 7 saat ərzində Twitter-də 25 milyon izləyici topladı - FOTO

Təxminən yeddi saat əvvəl blokdan çıxarılan ABŞ-ın keçmiş prezidenti Donald Trampın Twitter sosial şəbəkəsindəki hesabı artıq 25 milyon abunəçi qazanıb.

KONKRET.az xəbər verir ki, hazırda @realDonaldTrump səhifəsinin abunəçilərinin sayı 25 milyon nəfərdir. Donald Tramp hələki özü səhifəsində heç nə yazmayıb, lakin onun köhnə yazıları olan səhifəsi görünməyə başlayıb. İstifadəçilər artıq bəyənib, şərh yaza bilirlər.

Bir qədər əvvəl “Twitter”in yeni sahibi İlon Mask Trampın eyniadlı sosial şəbəkədəki səhifəsinin blokdan çıxarılması qərarını elan edib.  Bundan sonra ABŞ-ın 45-ci prezidentinin əvvəllər dərc edilmiş bütün mesajları ilə hesabı bərpa olunub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*