Tramp Almaniya kanslerini “prinsessalar otağı”nda yerləşdirdibackend

Tramp Almaniya kanslerini “prinsessalar otağı”nda yerləşdirdi

ABŞ-ın sabiq prezidenti Donald Tramp Vaşinqtona səfər edən Almaniya kansleri Fridrix Mersin qalacağı yer kimi Blair House qonaq evindəki məşhur “prinsessa otağını” seçib. Bu barədə Bild nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Mers otelin ən romantik və zərif otaqlarından birində – çəhrayı yataq otağında, XIX əsrə aid baldaxinli çarpayı və antik ingilis mebeli ilə təchiz olunmuş dəbdəbəli nömrədə yerləşdirilib. Bu otaqda bir zamanlar prinsessa DianaJacqueline Kennedy də qalıblar.

Məlumata görə, Blair House otelində ümumilikdə 119 otaq, 14 yataq otağı, 35 vanna otağı, və 6,500 kvadrat metrdən çox sahə mövcuddur. Mersin Tramp ilə görüşə hazırlaşması üçün bir neçə konfrans zalı da onun istifadəsinə verilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*