Tramp barda hamıya burger aldı, pulunu bitkoinlərlə ödədibackend

Tramp barda hamıya burger aldı, pulunu bitkoinlərlə ödədi

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-Yorkda PubKey barda hamıya burger və pivə alıb, ödənişini isə bitkoinlərlə edib. 

KONKRET.az xəbər verir ki, “New York Post” bu hadisəni bitkoin tarixində ən tarixi əməliyyat adlandırıb.

Tramp QR kod vasitəsilə bitkoin ilə ödənişi çox asan etdiyini deyib.

Qeyd edək ki, PubKey bitkoin qəbul etməklə tanınan bardır.

Xatırladaq ki, iyun ayında Tramp ölkəni bitkoin super gücünə çevirəcəyini vəd edərək bildirib ki, yenidən prezident olsa, sənayeyə qarşı təzyiqləri dayandıracaq.

Aygün, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*