Tramp Baydenin andiçmə günü Ağ Evdən çıxmayacağını AÇIQLADIbackend

Tramp Baydenin andiçmə günü Ağ Evdən çıxmayacağını AÇIQLADI

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bəzi müşavirlərinə yeni seçilmiş Prezident Co Baydenin inauqurasiya mərasimi günü Ağ Evdən çıxmaqdan imtina edəcəyini bildirib.

KONKRET.az bu barədə “CNN”ə istinadən xəbər verir .

Telekanalın Ağ Evdəki mənbələrə istinadən verdiyi xəbərə görə, məğlubiyyət anında Tramp bəzi məsləhətçilərinə andiçmə günü Ağ Evdən ayrılmaqdan imtina edəcəyini deyib.

CNN qeyd edir ki, bu, bəzi məsləhətçilərini narahat etsə də, onların az bir qismi bunun həqiqətən baş verəcəyinə inanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*