Tramp Baydenlə rinqə çıxmaq istəyirbackend

Tramp Baydenlə rinqə çıxmaq istəyir

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp imkanı olsaydı, ölkənin indiki lideri Co Bayden ilə rinqə çıxmaq istərdi.

KONKRET.az “The Independent”ə istinadən xəbər verir ki, bu barədə Tramp boksla bağlı bir tədbir zamanı aparıcının suallarını cavablandırarkən deyib.

Belə ki, aparıcı Trampa imkan olsaydı, kimlə rinqə çıxmaq istəməsi barədə sual verib. Tramp isə cavabında peşəkar boksçu ilə deyil, ölkənin hazırki Prezidenti Co Bayden ilə çıxmaq istədiyini bildirib.

“Əlbəttə ki, peşəkar boksçu ilə deyil. Bu, çox təhlükəli olardı. Düşünürəm ki, Baydenlə rinqdə döyüş çox sürətli olardı. Fikrimcə, Bayden ilk bir neçə saniyə ərzində təslim olardı”, – deyə Tramp cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*