ABŞ prezidenti Donald Tramp BRİKS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələri əlavə 10% rüsumla üzləşəcəyini bildirib.
KONKRET.az unikal-a istinadla xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.
“BRİKS anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə əlavə 10% tarifə tabe olacaq. Bu qaydada heç bir istisna olmayacaq. Bu məsələyə diqqət etdiyiniz üçün təşəkkür edirik!”, – Tramp qeyd edib.
ABŞ prezidenti BRİKS-in “antiamerikan siyasəti” dedikdə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
BRİKS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi. Liderlər ilk dəfə 2009-cu ildə görüşüblər. Daha sonra Cənubi Afrika bloka, ardınca isə ötən il Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşulub.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq etmişdi.