Tramp geri addım atdı: Tariflər təxirə salındıbackend

Tramp geri addım atdı: Tariflər təxirə salındı

“Tramp tariflərin nəticələrinə görə məsləhətçilərindən narazı qalıb və məyus olub”.

KONKRET.az xəbər verir ki,  bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın tarif müharibəsi maliyyə bazarlarını xaosa sürükləyib.

Onun yaxın ticarət müşaviri Peter Navarro, ticarət naziri Howard Lutnick ilə birlikdə vəzifədən kənarlaşdırılacaq.

Lutnik həm də proteksionist tarif siyasətinin memarı hesab olunur. “Politico” onun Ağ Ev iyerarxiyasında aşağı düşdüyünü bildirir.

İlk gündəmə kifayət qədər balanslı şəxs sayılan maliyyə naziri Skott Bessent gələcək. Bu dəyişikliklər tarif müharibəsinin plana uyğun getmədiyinə aydın işarədir.

Tramp 75 ölkədən idxala nəhəng tariflərin tətbiqini 90 gün təxirə salmağa məcbur olub. Davam edən yeganə döyüş, mallarına ABŞ-da 145% tariflər tətbiq olunan Çinlədir. Çin prezidenti Si Tsinpin də öz növbəsində Amerikadan idxal olunan mallara rüsumları 125%-ə qaldırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*