Tramp geri çəkildə: “Gözləməyi qərara aldıq”backend

Tramp geri çəkildi: "Gözləməyi qərara aldıq"

Amerika Prezident Donald Trump meksikalı narkotik kartellərini “terrorçu qrup” elan edəcəkləri ilə bağlı fikrini geri götürüb. O, Meksika prezidenti Andres Manuel Lopez Obradorun tələbindən sonra bir qədər gözləməli olduqlarını bəyan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin Tramp rəsmi Twitter hesabında, Meksika narkotik kartellərinin “terror təşkilat” elan edilməsi prosesinin başa çatdığını və hər şeyin hazır olduğunu bildirib. “Ancaq çox sevdiyim, hörmət etdiyim və gözəl münasibətimiz olan Meksika Prezidenti Andres Manuel Lopez Obradorun xahişi ilə bu prosesi müvəqqəti olaraq dayandırırıq. Bu aqressiv və daim böyüyən təşkilatın qarşısını almaq üçün Meksika ilə birgə çalışacağıq”.

Ötən ay verdiyi müsahibədə ABŞ prezidenti Tramp, meksikalı narkotik kartellərini “terrorçu qrup” elan edəcəklərini bildirmişdi. Trampın açıqlamasından sonra Meksika Dövlət Departamenti ABŞ Dövlət Departamenti rəsmiləri ilə görüş tələbini irəli sürmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*