ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harrisin əri Duqlas Emhoffu Vaşinqtonda yerləşən Holokost Memorial Muzeyinin idarə heyətində tutduğu vəzifədən azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə Duqlas Emhoff özünün X səhifəsində yazıb.
O qeyd edib ki, ABŞ prezidenti bunu siyasi motivlə edib.
“Nyu York Tayms”ın məlumatına görə isə Tramp eks-prezident Co Baydenin təyin etdiyi digər şura üzvlərini də işdən çıxarıb.