Tramp həbs olunur?backend

Tramp həbs olunur?

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın mümkün həbsi ilə bağlı xəbərlərə görə ölkədəki vəziyyəti diqqətlə izləyir və etirazların dinc xarakter daşıyacağına ümid edir.

KONKRET.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz həmişə mümkün qədər vəziyyəti izləyirik. Əlbəttə ki, heç bir zorakılıq istəməzdik”, – Kirbi bildirib.

Onun sözlərinə görə, Bayden administrasiyası Amerikada iğtişaşların hazırlanmasına dair sübutlar görmür.

Xatırladaq ki, bir müddət əvvəl eks-dövlət başçısı martın 21-də həbsini gözlədiyini bildirərək, tərəfdarlarını mitinqlərə çıxmağa çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*