Tramp həbsdən necə yayına bilər?backend

Tramp həbsdən necə yayına bilər?

Məlum olduğu kimi, prezident seçilən Donald Tramp həbs oluna bilər.

KONKRET.az xəbər verir ki, onun adında 4 məhkəmə işi var.

“Business Insider” (BI) Trampın həbsdən necə yayına biləcəyi ilə bağlı yazı dərc edib.

Qeyd olunur ki, ilkin variant kimi Respublikaçı özünü əfv fərmanı ilə ittihamlardan yayındıra bilər. Bildirilir ki, bu variant texniki cəhətdən mümkündür, lakin əvvəllər praktikada istifadə olunmayıb. Bundan əlavə, Tramp ABŞ Baş Prokurorundan federal məhkəmə prosesinin təşəbbüskarı olan xüsusi müşavir Cek Smitin işdən çıxarılmasını xahiş edə bilər:

“Həmçinin məhkəmələrdən federal təqibi dayandırmağı xahiş etmək haqqı var, çünki Ədliyyə Departamenti prezident vəzifədə olarkən onu mühakimə edə bilməz. Eyni zamanda Nyu-York və Corciya ştatlarında qaldırılan işlərlə bağlı da oxşar qərarlar verilə bilər”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*