Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdırbackend

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır

ABŞ prezidenti Donald Tramp İranın qeyd-şərtsiz təslim olmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, bu tələb Tehranın müqaviməti tamamilə dayandırması və bütün hərbi ambisiyalarından imtina etməsi anlamına gəlir.

“Bu, cəmi iki sadə sözdür – qeyd-şərtsiz təslim. Bu o deməkdir ki, ‘mən təslim oluram, daha davam etməyəcəyəm’. Əks halda, ABŞ İranın bütün hərbi və nüvə infrastrukturlarını vuracaq”, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.

ABŞ prezidentinin bu sərt bəyanatı Vaşinqtonun Tehrana qarşı mövqeyində güzəştə getmək niyyətində olmadığını göstərir və gərginliyin daha da artacağı ehtimalını gücləndirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*