Mən İrana müqavilə bağlamaq üçün çox şans verdim. Mən onlara “sadəcə bunu et” deyə ciddi xəbərdarlıq etdim, amma onlar bacarmadılar.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
O qeyd edib ki, ABŞ ən yaxşı və ən ölümcül silahları istehsal edir:
“İsrailin çoxlu silahları var və daha çoxu da gəlir. Sərt danışan bəzi iranlılar vardı, lakin indi onların hamısı ölüb. Daha da pisləşəcək”, – Tramp vurğulayıb.