Tramp ittiham etdi: Həm İsrail, həm də İran…backend

Tramp ittiham etdi: Həm İsrail, həm də İran...

ABŞ Donald Tramp İsrail və İran arasında əldə olunmuş atəşkəsdən sonra qalmaqallı açıqlama ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı bəyanatda həm İsraili, həm də İranı atəşkəsi pozmaqda ittiham edib.

Tramp bildirib ki, tərəflər sülhə sadiq qalmaq əvəzinə qarşılıqlı ittiham və hücumları davam etdirirlər. Onun sözlərinə görə, bu yanaşma regionda sabitliyə ciddi təhlükə yaradır.

Prezidentin diqqət çəkən başqa bir addımı isə sosial şəbəkədə “Bomba İran” adlı mahnını paylaşması olub. Sözləri və melodiyası ilə müharibəyə təşviq kimi qiymətləndirilən bu musiqi istifadəçilər arasında geniş tənqidlərə səbəb olub.Bəzi ekspertlər bu addımı məsuliyyətsiz və təhrikedici hesab edərək, onun mümkün danışıqlara mənfi təsir göstərə biləcəyini bildiriblər.

Hazırda Trampın bu paylaşımı həm ictimaiyyətdə, həm də siyasi dairələrdə ciddi müzakirə mövzusudur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*