Tramp məğlub olsa məhkəməyə müraciət edəcəkbackend

Tramp məğlub olsa məhkəməyə müraciət edəcək

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə  namizəd Donald Tramp seçkilərdə məğlub ola və və  yenə də ABŞ prezidenti postunu tuta bilər.

KONKRET.az  “Politico”-ya istinadən xəbər verir ki,   Tramp ittihamlar irəli sürərək, seçkilərin nəticələrini tanımamaq tələbi ilə məhkəməyə müraciət edə bilər. Bundan sonra Tramp təkrar seçkilərin təyin edilməsi xahişi ilə əksəriyyət Respublikaçılar Partiyasının olduğu ştatların qanunverici orqanlarına müraciət edəcək.  Bununla belə, eks-prezident ABŞ Konqresinin Demokratlar Partiyasının namizədi Kamal Harrisə verilən 270 seçici səsini təsdiqləməməsini təmin etməyə çalışa bilər. Bundan sonra prezident seçkiləri Nümayəndələr Palatasına keçəcək. Bununla da, Respublikaçılar Trampı prezident seçmək üçün kifayət qədər səs toplaya bilərlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*