ABŞ prezidenti Donald Tramp CBN News-a verdiyi müsahibədə keçmiş ABŞ lideri Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.
KONKRET.az xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, onun təşviqat kampaniyası 2016-cı ildə izlənilib.
“Onlar mənim kampaniyamda casusluq etdilər, bunu çoxdan demişdim. Məlum oldu ki, mən haqlı idim” deyib Tramp.
May ayında Obama ABŞ rəhbərliyini ağılsızlıqda ittiham edib. Onun sözlərinə görə, koronavirus pandemiyası bir çox liderin anlayışlarını dəyişib.
Tramp Obamanın onun haqqında işlətdiyi “səriştəsiz bir prezident” ifadəsinə cavab verib.
Aprel ayında Obamanın qarşıdakı prezident seçkilərində Trampın əsas rəqibi hesab edilən keçmiş vitse-prezident Co Baydenin seçki kampaniyasına açıq dəstək verəcəyi bildirilib.
Babək Göyüş
KONKRET.az