Tramp onlara xəbərdarlıq etdi – “Nəzarəti itirə bilərik”backend

Tramp onlara xəbərdarlıq etdi - “Nəzarəti itirə bilərik”

“Bu il keçiriləcək ara seçkilərdə Respublikaçılar Partiyası Konqres üzərində nəzarəti itirə bilər”.

KONKRET.az “Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp WABC radiosuna verdiyi müsahibədə danışıb.

O, ABŞ-nin siyasi tarixinə və statistik göstəricilərə istinad edərək, adətən, prezident seçkilərində qalib gələn partiyanın ara seçkilərdə məğlubiyyətlə üzləşdiyini etiraf edib. Prezident, həmçinin xəbərdarlıq edib ki, əgər Respublikaçılar Konqresdəki üstünlüklərini itirsələr, Demokratlar ona qarşı yenidən impiçment prosesinə başlamağa çalışacaqlar.

Xatırladaq ki, 3 noyabr 2026-cı il tarixinə planlaşdırılan ara seçkilər 120-ci ABŞ Konqresinin tərkibini müəyyən edəcək. Hazırda Respublikaçılar həm Senatda (53 yer), həm də Nümayəndələr Palatasında (218 yer) cüzi fərqlə çoxluğa sahibdirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*