“Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin ABŞ-ın hazırkı prezidenti Co Baydendən fərqli olaraq öz ölkələrini sevirlər”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“Onlar öz ölkələrini sevir və ölkələrinin uğur qazanmasını istəyirlər. Bizdə isə, fikrimcə, buna qadir olmayan bir şəxs (Bayden) var”, – deyə Tramp bildirib.
Trampın sözlərinə görə, amerikalıların xoşuna gəlsə də, istəməsə də Putin və Si Cinpin çox ağıllı və güclü insanlardır.
ABŞ-ın keçmiş prezidenti bir daha deyib ki, “Bayden son dərəcə bacarıqsızdır, iki sözü bir-birinin ardıca düzüb-qoşa bilmir, fikrini yaxşı ifadə etməyi bacarmır, dəfələrlə səhnədən düşərkən pilləkənləri tapa bilmir”.
ABŞ-ın hazırkı prezidentinin büdrəmələri və qeyri-adi davranışları onun bu işi görmək qabiliyyətinə mütəmadi olaraq şübhələr yaradır və o, tez-tez ironik münasibətlərə, şit zarafatlara məruz qalır. Bəzən 81 yaşlı Bayden istənilən tədbirdə iştirak edənlərin adlarını və ya vəzifələrini qarışdırır və səhnədən çıxış yolu tapmaq üçün başqalarından kömək istədiyi vaxtlar olur.
Həmçinin ABŞ prezidenti təyyarənin pilləkənlərində və düz ərazidə bir neçə dəfə büdrəyib, velosipeddən düşüb və boşluqda əl sıxmaq üçün arxaya dönüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az