“Həftə sonunda Alyaskada ABŞ və Rusiya liderlərinin baş tutacaq görüşü nəticə vermək potensialına malikdir”.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə rusiyalı siyasi şərhçi Abbas Qallyamov danışıb.
Onun fikrincə, Donald Trampın məqsədi iki ölkə arasındakı milli maraqlardan daha çox avtokrat liderlər arasında şəxsi dostluq qurmaqdır və bu strategiya Putinlə işləyə bilər.
Qallyamovun sözlərinə görə, Trampın qarşısında həm mühüm, həm də incə bir vəzifə durur:
“O, təzyiq və tərifi birləşdirərək Rusiya lideri üçün əsas istinad şəxsinə çevrilməlidir – elə bir şəxs ki, Putinin onun qiymətləndirməsi Rotenberq, Kovalçuk, Patruşev kimi adların rəyindən daha vacib olsun”.
Abbas Qallyamov qeyd edib ki, Putin yaxşı anlayır – Rusiya Zaporojye və ya Xerson olmadan da yaşaya bilər:
“Usta şəkildə yaradılmış risklər və ləyaqətverici sözləri birləşdirən Tramp nəzəri baxımdan Putinin inadını qıra bilər. Unutmayaq ki, “pis müstəntiq” Baydendən sonra yeni ABŞ lideri Putinə “yaxşı müstəntiq” kimi görünür və onu məyus etməmək istəyi Putinin motivasiyasında mühüm rol oynaya bilər”.