Tramp Qəzza ilə bağlı yeni planını təqdim edibbackend

Tramp Qəzza ilə bağlı yeni planını təqdim edib

ABŞ Prezidenti Donald Tramp Qəzzada müharibəyə son qoymaq planını ərəb ölkələri liderlərinə təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Planda bütün israilli girovların azad edilməsi, Qəzza zolağında daimi atəşkəs, İsrail ordusunun zolaqdan tədricən çıxarılması, Qəzza üçün müharibədən sonrakı bərpa planı, HƏMAS olmadan idarəetmə mexanizminin yaradılması kimi məqamlar öz əksini tapıb.

Həmçinin, ABŞ planına əsasən, Qəzza zolağında ərəb və müsəlman sülhməramlı qüvvələrinin yerləşdirilməsi, zolağın yenidən qurulması üçün ərəb ölkələrinin maliyyə ayırması nəzərdə tutulub.

Məlumata görə, ərəb ölkələri liderləri plana dair bir sıra şərtlər irəli sürüblər. Xüsusilə də, onlar İsrailin İordan çayının Qərb sahili və Qəzzanın bir hissəsini ilhaq etməyəcəyi, Qəzzada yəhudi qəsəbələrinin yaradılmayacağı, Məbəd dağında status-kvonun pozulmaması, Qəzzaya humanitar yardımların dərhal artırılmasını tələb ediblər.

Sözügedən plan sentyabrın 29-da Ağ Evdə Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*