Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdibackend

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizəyə qatılan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirib.

KONKRET.az “Deutsche welle”-yə istinadən xəbər verir ki, siyasətçi Miçiqan ştatında “Keçən həftə demokratiyaya görə güllə aldım”, – deyə bəyan edib.

Mitinqdə Trampdan başqa, vitse-prezidentliyinə namizəd, Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vens çıxış edib.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı yaralanıb. 20 yaşlı gənc siyasətçiyə atəş açıb. Güllə Trampın qulağına dəyib. (Oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*