Tramp “sülh prezidenti” obrazını itirir: İsrailin İrana hücumları onu ifşa etdi – Financial Timesbackend

Tramp “sülh prezidenti” obrazını itirir: İsrailin İrana hücumları onu ifşa etdi – Financial Times

ABŞ prezidenti Donald Tramp hakimiyyətə sülh vədi ilə gəlmişdi. O, Ukraynadakı müharibəni bir günə dayandıracağını, Qəzza problemini həll edəcəyini və İranı diplomatik yolla nəzarətdə saxlayacağını bildirmişdi. 2023-cü ilin noyabrında Tramp demişdi: “Mən müharibə başladan deyiləm — onları dayandıranam”. Bu mesaj “sonsuz müharibələrdən” bezmiş amerikalı seçicilər arasında böyük dəstək qazanmışdı.

KONKRET.az xəbər verir ki, lakin İsrailin İrana qarşı son zərbələri Trampın “antimuharibə lideri” imicini ciddi şəkildə zədələyib. MAGA (Make America Great Again) tərəfdarları arasında narahatlıq artır: əgər İran ABŞ obyektlərinə cavab zərbəsi endirərsə, Amerika yeni bir Yaxın Şərq münaqişəsinə cəlb oluna bilər.

Bununla yanaşı, Trampın ziddiyyətli mövqeyi vəziyyəti daha da çətinləşdirir. May ayında onun İsrailin Baş naziri Netanyahunu İrana zərbə endirməkdən çəkindirdiyi iddia olunurdu. Lakin cümə günü Tramp zərbədən ABŞ-ın əvvəlcədən xəbərdar olduğunu bildirib və bu hücumu “bazar üçün ən yaxşı hadisə” adlandırıb. İsrail mediasının yazdığına görə, onun əvvəlki tənqidi sadəcə İranı aldatmaq üçün dezinformasiya kampaniyasının bir hissəsi olub.

Financial Times qeyd edir ki, bu açıqlamalar Trampın əvvəlki bəyanatlarının yalan olduğunu və İranı çaşdırmaq məqsədi daşıdığını sübut edir. Nəticədə, müharibədən qaçmaq istəyən bütün insanlar aldadılmış vəziyyətə düşüb. Və belə çıxır ki, bizi aldadan İsrail deyil, məhz Donald Tramp olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*