Tramp: “Tezliklə tarixin “ən böyük silahı”na sahib olacağıq”backend

Tramp: “Tezliklə tarixin “ən böyük silahı”na sahib olacağıq”

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə indiyə qədər mövcud olan “ən böyük silah”a sahib olacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Tezliklə Marsa eniş edəcəyik və tarixdə təsəvvür edilə bilən ən böyük silahlara sahib olacağıq”, – deyə D.Tramp bildirib.

ABŞ prezidenti hansı silahları nəzərdə tutduğunu açıqlamasa da, artıq hazırlıqlarla tanış olduğunu vurğulayıb. Bu cür silahın mövcudluğuna prinsipial olaraq inana bilmədiyini qeyd edən D.Tramp prototipləri şəxsən gördüyünü qeyd edib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*