Tramp: ““Twitter” olduqca darıxdırıcıdır”backend

Tramp: "“Twitter” olduqca darıxdırıcıdır"

ABŞ-n keçmiş prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsinin olduqca darıxdırıcı hesab etdiyini və “əvvəlki kimi” olmadığını söyləyib.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Newsmax TV” telekanalına verdiyi müsahibədə bildirib.

“Əgər sizlər “Twitter”də baş verənləri izləsəniz onun necə darıxdırıcı olduğunu görə bilərsiniz. Artıq milyonlarla adam bu platformanı tərk edir. Ona görə ki, bura əvvəlki kimi görünmür və bunu başa düşmək lazımdır”,-deyə amerikalı siyasətçi qeyd edib.

 

Keçmiş prezident adı çəkilən sosial şəbəkənin onun bütün statuslarını xüsusi bayraqla işarələməsi ilə bağlı qərarını da “rüsvayçılıq” adlandırıb.

Ağ Evin sabiq rəhbəri 2024-cü ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı suala qəti cavab verməyib. Bununla bərabər o, gələn dəstəyin “damdan yuxarı” olduğunu ifadə edib.

 

Xatırladaq ki, bu yaxında “Microsoft” şirkətinin təsisçisi Bill Geyts də əvvəl-axır sosial şəbəkələrin Donald Trampın hesablarını açmağa məcbur qalacağını söyləmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*