Tramp administrasiyası Venesuelaya hava zərbələri endirməyi nəzərdən keçirir
KONKRET.az bildirir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, Donald Trampın komandası Venesueladakı hərbi obyektlərə, o cümlədən narkotik ticarətində istifadə olunduğu iddia edilən limanlara və aerodromlara mümkün hava zərbələri endirilməsi məsələsini müzakirə edir.
Mənbələrin bildirdiyinə görə, qərar hələ qəbul edilməyib, lakin Tramp Venesuela prezidenti Nikolas Maduronun vəzifədən getməsi üçün təzyiqi artırmaq niyyətindədir.
Müşviq Tofiqoğlu
KONKRET.az

