Tramp: “Zelenski tarixin ən böyük marketoloqudur”backend

Tramp: "Zelenski tarixin ən böyük marketoloqudur"

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniyada keçirilən mitinq zamanı Rusiya – Ukrayna müharibəsindən danışıb.

KONKRET.az xəbər verir ki, o, Ukrayna liderini marketoloq adlandırıb:

“Seçkilərdə qalib gəlsəm, Putin və Zelenskiyə zəng edərək onları razılığa gəlməyə məcbur edəcəyəm. Düşünürəm ki, Zelenski tarixin ən böyük marketoloqudur. O hər dəfə ABŞ-yə gələndə 60 milyon dollar alaraq qayıdır. Zelenski Demokratların qalib gəlməsini istəyir”.

Xatırladaq ki, ABŞ-də noyabrın 5-də prezident seçkiləri keçiriləcək. Sözügedən post uğrunda iki əsas namizəd Donald Tramp və Kamala Harris mübarizə aparır.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*