ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü üçün ənənəvi menyusunu dəyişib.
KONKRET.az xəbər verir ki, şam yeməklərində Tramp tez-tez qonaqlarına dana əti versə də, bu dəfə prezidentlərin əsas yeməyi toyuq əti olub.
Başlanğıc üçün iştah açıcı artişok və şüyüd salatı, əsas yemək olaraq tavada bişirilmiş toyuq və şirin kartofdan hazırlanmış okroşka, rukkola və rozmarin ilə birlikdə yaşıl noxud frikasesi, desertə Klementin və böyürtkən sousu ilə dondurma verilib.