Trampa qarşı sui-qəsdlər quramadır? – ŞƏRHbackend

Trampa qarşı sui-qəsdlər quramadır? - ŞƏRH

Xəbər verdiyimiz kimi, ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı ikinci dəfə sui-qəsd cəhdi olub. Daha əvvəl, iyulun 13-də sabiq prezidentə mitinq zamanı atəş açılmış və Tramp qulağından yaralanmışdı. Bəzi Qərb analtikləri isə sui-qəsdin qurama olduğunu və Tramp bu yolla öz reytinqini qaldırmaq istədiyini iddia edirlər.

Maraqlıdır, Respublikaçılar partiyasının namizədinin bu addımı atması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Şəhla Cəlilzadə Trampın ABŞ siyasi həyatında ciddi fiqur olduğunu xatırladıb:

“Donald Tramp ABŞ siyasi həyatının ən dinamik fiqurlarındadır. O, prezident olduğu dövrdə həm daxili, həm də xarici siyasətdəki baxışları ilə ciddi polemikalar doğurub. Bu polemikaların arxasında yatan ciddi maraq toqquşmasının nəticəsidir ki, sözügedən şəxs ikinci dəfədir ki, sui-qəsdə məruz qalır. Belə ki, iyulun 13-də sabiq prezidentə qarşı oxşar hadisə baş vermiş və bu, dünyanın aparıcı media orqanlarında manşet olmuşdu. Maraqlıdır ki, bu sui-qəsddən əvvəl ABŞ-də keçirilən ictimai rəy sorğusunda seçicilərin əksəriyyəti, yəni 43 %-i Trampın yenidən prezident kimi görmək istədiklərini bəyan etmişdi. Bir sıra dairələr bu hadisəni onun seçki nəticələrini öz xeyrinə dəyişmək məqsədilə planladığını iddia edir. Tramp 2 dəfə – 2019 və 2021-ci illərdə impiçmentə məruz qalan prezidentdir. Lakin hər ikisində iddiaçı şəxslər istəklərinə nail ola bilməmişdi”.

Ekspert bildirib ki, qlobal erməni şəbəkəsinin Trampa qarşı yenidən təzyiqi arta bilər:

“Tramp dəfələrlə ABŞ-də seçki saxtalarlığı olduğunu dilə gətirmişdi. Göründüyü kimi, demokratik dəyərlərin öndəri hesab edilən ölkənin prezidenti seçkilərin saxtalaşdırılmasıdan danışırdı. Ümumiyyətlə, onun Rusiya və Çinə baxışı, qlobal geosiyasi proseslərə dair mövqeyi, o cümlədən Cənubi Qafqaza dair siyasəti və Azərbaycana dəstəyi hazırki hakim partiyanın siyasətindən xeyri fərqlənir. Onun yenidən prezident olacağı təqdirdə Trampa qarşı erməni şəbəkəsinin hücumu güclənəcək”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*