Trampdan Ərdoğana: Rusiyadan neft alışını dayandırın!backend

Trampdan Ərdoğana: Rusiyadan neft alışını dayandırın!

ABŞ Prezidenti Donald Tramp Türkiyəni Rusiya neftini almağı dayandırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

Amerika lideri Türkiyə prezidentini sərt siyasətçi adlandıraraq, onların həm müharibə cəbhəsində, həm də ticarətdə əla münasibətləri olduğunu qeyd edib:

“Düşünürəm ki, bu gün hər ikisi haqqında danışacağıq. Mən onun (Ərdoğan) Rusiyadan neft almasını dayandırmasını istərdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*