Trampdan İranla bağlı ŞOK QƏRAR: ABŞ neft embarqosunu LƏĞV EDİRbackend

Trampdan İranla bağlı ŞOK QƏRAR: ABŞ neft embarqosunu LƏĞV EDİR

ABŞ prezidenti Donald Tramp İranın neft satışına qoyulan qadağaları faktiki olaraq yumşaldıb. O, “Truth Social” platformasında yaydığı açıqlamasında bildirib ki, Çin artıq İrandan neft ala bilər. “Ümid edirəm ki, onlar həm də ABŞ-dan neft alacaqlar. Bunu həyata keçirmək mənim üçün böyük şərəf oldu”, – deyə Tramp vurğulayıb.

KONKRET.az xəbər verir ki, bu bəyanat İrana qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvinə başlanıldığının ilk rəsmi siqnalı kimi qiymətləndirilir. ABŞ-la İran arasında nüvə razılaşmasının detalları hələlik tam razılaşdırılmasa da, Tehran artıq bəzi iqtisadi güzəştləri əldə etməyə başlayıb. Ən önəmlisi – Çin bundan sonra İrandan qorxmadan və sərbəst şəkildə neft ala biləcək.

Əslində, bu alqı-satqı daha öncə də həyata keçirilirdi, lakin Çin bunu sanksiyalara görə ehtiyatla və dolayı yollarla edirdi. İndi isə bu məhdudiyyətlər aradan qalxır. Çinli neftayırma zavodları artıq İran neftinin keyfiyyətinə uyğunlaşdırılıb və Pekin bu alışları endirimlə həyata keçirməyə nail olub.

Bu fonda Trampın Tehrana təklif etdiyi yeni razılaşmanın əsas konturları da formalaşır: İranın uranın zənginləşdirilməsindən tam imtinası qarşılığında ABŞ-ın Yaxın Şərq müttəfiqlərindən 30 milyard dollarlıq maliyyə paketi, həmçinin 6 milyard dollar dəyərində dondurulmuş İran aktivlərinin azad olunmasısanksiyaların mərhələli şəkildə ləğvi.

Bununla belə, Trampın addımları çox ehtiyatla atacağı bildirilir. Ağ Ev üçün əsas məsələ – İranda sanksiyaların faydasının kimə çatacağıdır: əgər islahatçı elitalar və Pəzəşkiyan–Ruhani komandası bu prosesdən güclənərsə, proses irəliləyəcək. Əks halda, bu güzəştlərin İslam İnqilabı Keşikçiləri Korpusunun (KSK) mövqeyini bərpa etməsinə xidmət etməsi nə Tramp, nə İsrail, nə də ABŞ-ın Yaxın Şərq müttəfiqləri üçün qəbulediləndir.

Beləliklə, Tramp diplomatik “ip üzərində” addımlayır – balansı qorumaqla həm daxili, həm də beynəlxalq təzyiqlərdən yayınmağa çalışır. Lakin onun İranlı tərəfdaşlarının vəziyyəti daha risklidir: ABŞ prezidentinin səhvi siyasi zərbəyə səbəb ola bilərsə, iranlı diplomatlar üçün bu, həyati nəticələr doğura bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*