Tramp Putinə Ukraynada hər istədiyini etməyə İCAZƏ VERDİ – Nüfuzlu nəşrdən ŞOK HESABATbackend

Tramp Putinə Ukraynada hər istədiyini etməyə İCAZƏ VERDİ - Nüfuzlu nəşrdən ŞOK HESABAT

Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşri ABŞ prezidenti Donald Trampın Ukraynaya qarşı yeni raket zərbələri fonunda Rusiyaya qarşı qərarsızlıq nümayiş etdirdiyini yazıb.

KONKRET.az xəbər verir ki, məqalədə deyilir ki, Vaşinqtonun Kiyevə Patriot zenit-raket komplekslərinin tədarükünü dayandırması Kremlə açıq siqnaldır: “Tramp Patriot sistemlərini verməkdən imtina etməklə Putinə verilə biləcək ən aydın ‘yaşıl işığı’ göstərdi”.

Nəşr qeyd edir ki, Trampın addımları Rusiya rəhbərliyində cəzasızlıq hissini gücləndirir. “Putin əmindir ki, Tramp onu Kiyevə endirilən zərbələrə görə cavab verməyə məcbur etməyəcək. Ola bilər ki, sosial şəbəkələrdə qəzəbli bir paylaşım etsin, lakin real addım atılmayacaq”, – deyə “The Telegraph” yazır.

Xatırladaq ki, Donald Tramp mayın 28-də verdiyi açıqlamada “Putinin ABŞ-ı aldadıb-aldatmadığını iki həftəyə öyrənəcəyini” demişdi. Lakin artıq beş həftə keçməsinə baxmayaraq, nə yeni sanksiyalar tətbiq olunub, nə də Rusiyaya qarşı hər hansı ciddi addım atılıb. Əksinə, Ukrayna ən vacib hava hücumundan müdafiə vasitələrindən məhrum edilib. Bu isə nəşrə görə, Moskvada ABŞ-ın passivliyinə dair inamı daha da artırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*