Trampdan SENSASİON AÇIQLAMA: “Biz bombanı İranın əlindən aldıq”backend

Tramp SENSASİON AÇIQLAMA: “Biz bombanı İranın əlindən aldıq”

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İrana endirilən zərbələrlə bağlı uzun bir paylaşım edərək, onu tənqid edən həmkarlarına cavab verib.

KONKRET.az xəbər verir ki, paylaşımda Tramp Respublikaçılar Partiyasının üzvü, konqresmen Tomas Mässini sərt şəkildə tənqid edib. Qeyd edək ki, Mässi ABŞ-ın İrana hava zərbələrini “konstitusiyaya zidd” adlandırmışdı.

“Dünən biz hərbi baxımdan heyranedici uğur qazandıq – bombanı onların əlindən aldıq (və əgər bacarsaydılar, istifadə edəcəkdilər də!). Amma adət etdiyimiz kimi, bütün təqdirlərə və təltiflərə baxmayaraq, bu “yüngül çəkili” konqresmen İranla bağlı dünən axşam əldə olunan möhtəşəm nailiyyətə qarşı çıxır”, – deyə Tramp bildirib.

O, əlavə edib: “MAGA tənbəl, nümayişkaranə və səmərəsiz siyasətçilərlə bağlı deyil. Tomas Mässi də məhz belə siyasətçilərdəndir.”

Tramp yazısını ABŞ ordusuna təşəkkürlə tamamlayıb:

“Dünən axşam göstərdiyiniz MÖHTƏŞƏM xidmət üçün ordumuza təşəkkür edirəm. Bu, həqiqətən də XÜSUSİ idi!!!”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*