Trampdan ŞOK AÇIQLAMA: “Xameneini rüsvayçı ölümdən mən xilas etdim”backend

Trampdan ŞOK AÇIQLAMA: “Xameneini rüsvayçı ölümdən mən xilas etdim”

ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri Əli Xameneini İsraillə müharibə və nüvə böhranı fonunda sərt tənqid edib. O, sosial şəbəkədə paylaşımında bildirib ki, İran liderini İsrailin və ABŞ-ın hərbi əməliyyatlarından şəxsən o xilas edib.

KONKRET.az xəbər verir ki, Tramp öz “Truth Social” hesabında yazıb:

“Niyə İran kimi müharibədən dağılmış bir ölkənin “Ali lideri” adlandırılan şəxs bu qədər həyasız və axmaq şəkildə danışır, sanki İsraillə müharibəni o qazanıb? Halbuki bilir ki, bu, yalandır. Bu, əvvəlki İran deyil. O, inanclı birisi kimi yalan danışmamalıdır. Ölkəsi dağıdılıb, üç nüvə obyekti məhv edilib. Mən onun harada gizləndiyini dəqiq bilirdim və nə İsrailə, nə də ABŞ hərbçilərinə onun həyatına son qoymağa icazə vermədim. Mən onu dəhşətli və rüsvayçı ölümdən qurtardım.”

Trampın bu açıqlaması İran rəhbərliyinə qarşı indiyədək ən sərt ittihamlardan biri hesab olunur və iki ölkə arasında artan gərginliyin fonunda xüsusi diqqət çəkir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*