2025-ci il Xəzər Neft və Qaz Sərgisinin açılışında ABŞ Dövlət Departamentinin baş müşaviri Vayet Toulki Prezident Donald Trampın məktubunu oxuyub.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Son 30 il ərzində enerji ehtiyatları baxımından zəngin olan ölkələrimiz neft-qaz sektorunda son dərəcə məhsuldar bir tərəfdaşlıqdan məmnun qalıblar”, – deyə məktubda bildirilib.