Trampın doğulduğu evi satışa çıxarıldı: Alıcı yoxdur – FOTObackend

Trampın doğulduğu ev satışa çıxarıldı: Alıcı yoxdur - FOTO

ABŞ prezidenti Donald Trampın doğulduğu ev 14 noyabrda hərraca çıxarılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 5 milyon dollara müştəri olmadığı üçün ev bazardan geri çəkilib.

2016-cı ilin sonunda Haghani Daşınmaz əmlak şirkəti evi 1 milyon 400 min dollara satıb, iki ay sonra isə onu 2 milyon dollara satıb. Fevral ayında ev yenidən bazara çıxarılıb. Bu dəfə qiymət 5 milyon dollara qaldırılıb. Müştərinin olmaması səbəbindən ev bazardan geri çəkilib.


Amerikanın 45-ci prezidenti Donald Tramp, Ağ Evə köçməzdən əvvəl Nyu Yorkdakı “Trump Tower”-də ömür sürüb. Prezidentin uşaq vaxtlarında yaşadığı Nyu Yorkun Queens bölgəsindəki ev, neo-Tudor dövrünün memarlıq xüsusiyyətlərinə malikdir.


1940-cı illərdə Trumpın atası Fred Trump tərəfindən inşa edilən ev dəfələrlə alıcı dəyişib.

Prezident Trumpın atası Fred Tramp, Nyu Yorkun aparıcı əmlak investorlarından biri olub. Onun inşasında iştirak etdiyi binalar hazırda Nyu Yorkun üzüdür. Bu evin də o tikililərdən heç bir fərqi yoxdur.


Evin hazırkı sahibinin adı açıqlanmır. Lakin onun Prezident Donald Trampla əlaqəsi olmadığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*