Trampın husilərə qarşı əməliyyatı FANTASTİK qiymətə başa gəldibackend

Trampın husilərə qarşı əməliyyatı FANTASTİK qiymətə başa gəldi

 ABŞ-ın Yaxın Şərqdə, xüsusilə Yəməndə husilərə qarşı həyata keçirdiyi hava əməliyyatı ölkəyə bir ay ərzində 1 milyard dollardan çox xərcə başa gəlib. Bu barədə The New York Times qəzeti məlumat yayıb.

KONKRET.az xəbər verir ki, qəzet yazır ki, əməliyyatın miqyası və xərcləri “təəccübləndirici” olub. ABŞ ordusu o qədər yüksək dəqiqlikli sursat istifadə edib ki, Pentaqonda bəzi hərbi ekspertlər ehtiyatlanmağa başlayıblar – Çin tərəfindən Tayvana mümkün hücum halında ABŞ-ın cavab vermək imkanlarının zəifləməsi təhlükəsi ortaya çıxıb.

Əməliyyatın başlanğıcına ABŞ Prezidenti Donald Tramp martın ortalarında göstəriş verib. May ayının əvvəlində isə Tramp bəyan edib ki, ABŞ ilə husilər arasında razılaşma əldə olunub – Vaşinqton bombardmanları dayandıracaq, əvəzində isə Qırmızı dənizdə gəmilərin təhlükəsizliyi təmin ediləcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*