İsrail hakimiyyəti Trampın İrana qarşı hərbi kampaniyaya qoşulacağına ümid edir.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times nəşri İsrail hakimiyyət dairələrindəki iki yüksək rütbəli məmura istinadən yazıb. Mənbələrin sözlərinə görə, İsraildə Donald Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə Tehrana qarşı hərbi əməliyyatlara qoşulacağına ümid artır.
Nəşr qeyd edir ki, mümkün iştirak “məhdud zərbələr” formatında ola bilər – xüsusilə İranın Fordodakı nüvə obyektləri kimi strateji hədəflərinə qarşı.
Xatırladaq ki, Fordo nüvə kompleksi İranın ən qorunan və dərin yeraltı nüvə obyektlərindən biri hesab olunur.
Natiq Səlim,
KONKRET.az