Trampın müxalifləri və tərəfdarları arasında qarşıdurma: Gənci kürəyindən bıçaqladılarbackend

Trampın müxalifləri və tərəfdarları arasında qarşıdurma: Gənci kürəyindən bıçaqladılar

Vaşinqtonda ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları və müxalifləri arasında baş verən qarşıdurmada bir nəfər kürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.

KONKRET.az  Bizim.Media-ya istinadən xəbər verir ki, “Washington Post” ölkənin Yanğınsöndürmə Xidmətinə istinadən qeyd edir ki, şənbə günü Trampın tərəfdarları ABŞ-ın paytaxtında ölkənin hazırkı liderinə dəstək üçün mitinq keçiriblər.

Bütün marşrut boyunca və mitinq yerlərində küçələr bağlanıb, gücləndirilmiş polis dəstələri keşik çəkiblər.

Qəzetin yazdığına görə, yerli vaxtla saat 20:00-da (bazar günü Bakı vaxtı ilə 05:00) Ağ Evin şərqindəki beş məhəllədə Trampın tərəfdarları və müxalifləri arasında qarşıdurma yaranıb və Respublikaçıların tərəfdarları dəyənəklərlə hücuma keçiblər. Polis gələnə qədər qruplar bir neçə dəqiqə döyüşüblər:

“Dava zamanı 20 yaşlı gənc kürəyindən bıçaqlanıb və ağır yaralanaraq xəstəxanaya aparılıb”.

Qəzetin yazdığına görə “hər iki tərəfdə qana bulaşmış insanlar var idi”, ən azı 10 nəfər nəzarətə alınıb. İğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*