ABŞ-ın keçmiş prezidenti Donald Trampın Elon Maska məxsus SpaceX şirkəti ilə mövcud dövlət müqavilələrini ləğv etmək planı Vaşinqtonu yenidən kosmik sahədə Rusiyadan asılı vəziyyətə sala bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Newsweek nəşri yazır. Məlumata görə, Trampın SpaceX ilə bağlanmış dövlət müqavilələri və təqdim olunan subsidiyalarla bağlı genişmiqyaslı yoxlama keçirmək istəyi ölkənin kosmik ambisiyalarına ciddi zərbə vura bilər.
Bu açıqlamalardan sonra Elon Mask “Dragon” kosmik gəmisini istifadədən çıxaracağını bildirsə də, daha sonra bu qərarından imtina edib.
Ekspertlər xəbərdarlıq edirlər ki, əgər Vaşinqton SpaceX ilə əməkdaşlığı dayandırarsa, ABŞ yenidən Rusiya texnologiyalarına möhtac qala bilər. Xatırladaq ki, bu cür vəziyyət əvvəllər də – NASA-nın Shuttle proqramı bağlandıqdan sonra yaşanmışdı.
Natiq Səlim,
KONKRET.az