“Münaqişə bitdikdən sonra fələstinlilərin Qəzzaya qayıtması səhv addım ola bilər”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, İsraillə münaqişə sona çatdıqdan sonra fələstinlilərin Qəzzaya qayıtmasına icazə verilməsi səhv olardı.
“Biz HƏMAS-ın geri qayıtmasını istəmirik. Mən buna ABŞ-ın sahib olacağı böyük bir daşınmaz əmlak parçası kimi baxıram. Biz Yaxın Şərqə sabitliyi qaytaracağıq. Qəzza zolağı tamamilə məhv edilib. Bu yer səliqəyə salınacaq. Biz onu zəngin Yaxın Şərq ölkələrinin köməyi ilə yenidən quracağıq”, – Tramp vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az