ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Rusiya-Ukrayna müharibəsinə son qoymaq planını müzakirə etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Mənbənin sözlərinə görə, plan cəbhə xəttinin dondurulmasını nəzərdə tutur və bu xətt boyunca demilitarizasiya zonası yaradılmalıdır. Hazırda onun təhlükəsizliyini kimin təmin edəcəyi məlum deyil. Trampın komanda üzvlərindən biri qeyd edib ki, amerikalılar Ukraynada sülhü qorumaq üçün göndərilmir:
“Biz bunun üçün pul ödəmirik. Bunu polyaklardan, almanlardan, ingilislərdən və fransızlardan xahiş edin”.
Xatırladaq ki, Tramp prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini 24 saata bitirəcəyini iddia etmişdi.
Məlik,
KONKRET.az