Rusiyanın Orlov vilayətində transgender vətənə xəyanətə görə saxlanılıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Bildirilib ki, o, Ukrayna Silahlı Qüvvələrinə pul köçürüb.
FTX-nin məlumatına görə, saxlanılan LGBT fəalı “OVD-İnfo” insan haqları layihəsinin könüllüsü olub.
İqbal Rzayev,
KONKRET.az