Tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaqbackend

Tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq

Azərbaycanda ölkə ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinə münasibətdə yol vergisi tətbiq olunacaq.

KONKRET.az xəbər verir ki, bununal bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Məcəllənin 209-cu maddəsinə təklif edilən dəyişikliyə əsasən, ölkə razisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Mövcud məcəlləyə görə isə Azərbaycan ərazisindən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər yol vergisi ödəyicisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*