Tüfənglə ehtiyatsızlıq: Çoban özünü güllələdibackend

Tüfənglə ehtiyatsızlıq: Çoban özünü güllələdi

Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu əlindəki tüfənglə ehtiyatsız davranıb.

Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.

O, ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*