Tülini döydüyü iddia edilən Sübhanın vəkili DANIŞDIbackend

Tülini döydüyü iddia edilən Sübhanın vəkili DANIŞDI

Bir neçə gündür gündəmi ələ alan Tulin-Sübhan qalmaqalı yeni mərhələyə qədəm qoyub.

KONKRET.az xəbər verir ki, patrul.az-a açıqlama verən Sübhan Əsgərovun hüquqlarını müdafiə edən vəkillər kollegiyasının üzvü Ramil Vəliyev qarşı tərəfi məhkəməyə verəcəyini bildirib:

Vəkil Ramil Vəliyev məsələ ilə bağlı bildirib ki, Tulin Ələkbərovanın Subhan Əsgərov tərəfindən döyülməsi (hazırda sübut edilməmiş məsələ) ilə bağlı hazırda istintaq gedir. Əlavə olaraq Sübhan Əsgərov və anası, Tulin Ələkbərova tərəfindən kütləvi informasiya vasitələrində şərəf və ləyaqətlərinin alçaldılması, bilə-bilə yalan məlumatların yayılması barədə xüsusi ittiham qaydasına şikayətlə müvafiq məhkəməyə müraciət olunacaq. Həmçinin, o, Kütləvi informasiya vasitələrinin rəsmi, dəqiq olmayan məlumatları paylaşmamağı xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*