Tural Məmmədov Azərbaycandan Rusiyaya ekstradisiya edildi – VİDEObackend

Tural Məmmədov Azərbaycandan Rusiyaya ekstradisiya edildi - VİDEO

Rusiyanın tələbi ilə Azərbaycan Sankt-Peterburq sakinlərini döyən və əlbəyaxa davaya səbəb olan dəstənin başçısı Tural Məmmədovu ekstradisiya edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Rusiya Baş Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikasının səlahiyyətli orqanları Tural Məmmədovu cinayət məsuliyyətinə cəlb etmək üçün ekstradisiya edib”, – məlumatda deyilir.

O, xuliqanlıqda və bir qrup şəxsə milli mənsubiyyətinə görə nifrət salmaqda ittiham olunur.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin internetdə yayılan Sankt-Peterburqda insanların döyülməsi videoları ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib. Bir qrup gənc yoldan keçənlərə hücum edərək onları döyüb və təhqir edib. Hadisələr əsasən metronun yaxınlığında və şəhərdəki ticarət mərkəzlərində baş verib. Təsadüfən yoldan keçən insanlar davanı telefonlarla çəkib və sosial şəbəkələrdə, xüsusən də “Trampın həyatı” Telegram kanalında yerləşdiriblər. Zərərçəkənlər arasında yeniyetmələr və ya sərxoş insanların olduğu bildirilir.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*