Turan Bayramov qızıl medal qazandıbackend

Turan Bayramov qızıl medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda qalib gəlib.

Bir gün əvvəl bütün rəqiblərini üstələyərək finala adlayan Bayramov həlledici görüşdə moldovalı Vasile Diakondan güclü olub.

Bu, sərbəst güləş üzrə Azərbaycan yığmasının qitə birinciliyində 5-ci medalı olub. Daha əvvəl Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, bu gün Fərid Cabbarov (86 kq) təsəlliverici görüşdə Moldova təmsilçisi İvan İçizliyə uduzaraq, üçüncülük şansını əldən verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*