Turistlərə bu yerlər qadağan ediləcək – Zəhərli ilanlar, yoluxucu xəstəliklər, kriminal qruplar…backend

Turistlərə bu yerlər qadağan ediləcək – Zəhərli ilanlar, yoluxucu xəstəliklər, kriminal qruplar...

Afrika deyəndə gözmüzün önündə cəngəllilklər, vəhşi təbiət və vəhşi qəbilələr canlanır. Dünyada macəra axtaranların sevimli məkanı hesab olunan “qara qitə”nin özünəməxsus tərəfləri var. Amma mütəxəssislər turistlərə Afrikaya az getməyi tövsiyə edir. Ən azından turistlərin Afrikanı seçməməsinə bir çox səbəblər var. Bunlardan ən başlıcası onların həyatına olan riskdir. Hər kəs Afrikaya səyahət etməzdən əvvəl peyvənd olunmalıdır. Çox vaxt Afrikaya yolu düşənlər dəqiq qərar verə bilmir. Çünki peyvəndlər müxtəlif yerlərdə fərqlidir. Aydınlaşdırmaq üçün ÜST-nin rəsmi saytına daxil olmaq daha yaxşı olardı. Bir çox turizm şirkətləri Afrikada peyvəndlərin, ümumiyyətlə, lazım olmadığı yerlərə turlar təşkil etməyə çalışırlar.

Məsələn, Zambiyada sarı qızdırmaya rast gəlinə bilər. Malyariya isə hər yerdədir. Gedişdən iki həftə əvvəl xüsusi dərman qəbul edilməlidir. Qollar və ayaqları tamamilə örtən pambıq paltar olmadan otaqdan çıxmaq təhlükəlidir. Bəzi yerlərdə paltarları xüsusi kimyəvi birləşmələrlə hopdurmaq, bəzən isə ağcaqanad toru taxmaq lazımdır. Afrikada çoxlu ilan var. Onların əksəriyyəti zəhərlidir. Ancaq onlar səbəbsiz yerə insana hücum etmirlər.

Onların sayı Asiyadakından daha azdır. İlanlar yer titrəyişlərinə çox həssasdırlar və kimsə onlara yaxınlaşdıqda dərhal reaksiya verirlər. Buna görə də onlar insanlardan gizlənirlər. İlan sancan adam panikaya düşməməlidir. İlan sancan yer mütləq sarğı ilə sıxılmalı və dərhal xəstəxanaya çatdırılmalıdır. Zəhəri sormaqla insanı xilas edəcək nağıllara inanmayın. Afrikada günəş də insanlar üçün təhlükə mənbəyidir. Turistlərə Afrikada papaqsız gəzmək tövsiyə olunmur. Afrikaya yolu düşən əcnəbiyə gündə üç litrdən çox su içmək məsləhətdir. Duz tabletləri qəbul edilməlidir. Otel kranındakı su təhlükəlidir.

HİV və ya QİÇS-ə yoluxmanın əsas riski də yaddan çıxmamalıdır.  Bu xəstəliklərə yoluxa bilmək barədə məlumatlar diqqətlə öyrənilməlidir.

Afrikada cinayət

Kiçik bir qrup insanla əhalinin əksəriyyətinin gəlirləri arasında fərqin böyük göründüyü o ölkələrdə kriminal vəziyyət həddindən artıq ağırdır. Afrikada kriminal dəstələr əsasən turistləri qarət etməyə üstünlük verir. Ona görə də Afrikaya qonaq gələn insanlara tək gəzməmək, üzərilərində bahalı əşyalar gəzdirməmək tövsiyə olunur.

Vəhşi təbiət

Afrikaya ayaq basan hər kəsin arzusu Milli Parkı gəzmək və ya safariyə çıxmaqdır. Safaridə hər tərəf vəhşi heyvanlarla doludur. Bir qədər ehtiyatlı olmaq lazımdır. Milli parklarda düşərgələr mövcuddur. Təbiətə yalnız təcrübəli bələdçi ilə çıxmaq məsləhətdir. Onun dediyinə və göstərişlərinə qeyd-şərtsiz əməl edilməlidir. Asfalt yoldan kənara çıxmaq qəti qadağandır. Hər yerdə sürət həddi var və onlara riayət edilməlidir. Vəhşi heyvanları narahat etmək yasaqdır. Yalnız təlimatçının icazəsi ilə avtomobildən düşməyə icazə verilir.

Aborigenlər Afrikada yerli əhalinin çoxu gəlmələrlə dost olmağa çalışır. Turistlər aborigenlərlə şəkil çəkdirmək, onların adət-ənənələrini, yaşayış şəraitini öyrənməkdə maraqlıdırlar. Gəlmələr üçün Afrika adamı necə maraqlıdırsa, onlar üçün də qonaqlar o cürdür. Burada insanlar qonaqlardan nəsə qoparmağa çalışırlar. Afrikada nəinki adi insanlara, hətta yerli polisə də etibar edilmir. Onlar da vəhşi təbiətdəki canlılar kimi davranmağa üstünlük verir.

Afrikadakı digər təhlükələr

Şimali Afrika Qırmızı dəniz çimərlikləri və 5 ulduzlu otellərlə doludur. Bura vəhşi təbiətdən, safaridən, yerli adət-ənənələrlə tanış olmaqdan daha maraqlıdır. Yerli sakinlərin icazəsi olmadan onlarla şəkil çəkdirmək təhlükəlidir. Eləcə də strateji obyektlərin şəklini çəkmək qadağandır. Ən başlıcası isə vəhşi heyvanlardan uzaq durmaq lazımdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*