Türk Akademiyası ortaq türk əlifbasının qəbulu ilə bağlı məlumat paylaşıbbackend

Türk Akademiyası ortaq türk əlifbasının qəbulu ilə bağlı məlumat paylaşıb

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türk Akademiyası 9-11 sentyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçirilmiş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında qəbul edilmiş Ortaq Türk Əlifbası Haqqında Bəyannaməni yayımlamaqdan məmnunluğunu ifadə edib.

KONKRET.az xəbər verir ki, bəyannamə ingilis dilində hazırlanmış və qəbul edilmişdir. İstifadə və anlaşılmanı asanlaşdırmaq məqsədilə Ortaq Türk Əlifbası Haqqında Bəyannaməninin ingilis versiyası Azərbaycan, qazax, qırğız, türk və özbək dillərinə tərcümə olunub.

Məlumat üçün bildirək ki, komissiya Türk Akademiyasının nəzdində və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə əlaqədə fəaliyyət göstərir. Komissiya TDT-nın üzv və müşahidəçi ölkələrinin xarici işlər nazirlikləri tərəfindən adları rəsmi şəkildə təqdim olunan üzvlərdən ibarətdir.

Komissiya öz qərarlarını müntəzəm dialoq və məsləhətləşmələr və Komissiya üzvləri arasında konsensus yolu ilə qəbul edir. Komissiyanın qərarları tövsiyə xarakteri daşıyır və müvafiq orqanlara məsləhət vermək funksiyasını həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*